Fırat Universitetinin nümayəndələri ADU-da olublar
İyunun 12-də Azərbaycan Dillər Universitetində (ADU) Türkiyənin Fırat Universitetində (FU) Dədə Qorqud Araşdırmaları Mərkəzinin açılması məqsədilə görüş keçirilib.
Görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ilə Fırat Universiteti İnsan və Toplum Bilimleri fakültesi Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümə rəhbəri prof. Dr. Ercan Alkaya və bölüm rəhbərinin köməkçisi Doç. Dr. Süleyman Kaan Yalçın iştirak ediblər.
Görüşdə hər iki universitet üçün qarşılıqlı əməkdaşlıq məqsədilə nəzərdə tutulan Dədə Qorqud Araşdırmaları Mərkəzində birgə tədbir və layihələrin təşkili əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcəyi vurğulanıb.
Həmçinin, sözügedən mərkəzdə tarix, mədəniyyət və ədəbiyyat istiqamətində araşdırmalar aparmaq, akademik, müəllim və tələbə heyyətinə, həm elmi və mədəni, həm də bədii araşdırmaları ilə bağlı danışıqlar aparılıb.