“Rumıniyanı kəşf edin: Arges ərazisində ənənə və müasirlik” adlı tədbir həyata keçirilib
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Rumın dili və Mədəniyyəti Mərkəzi tərəfindən “Rumıniyanı kəşf edin: Arges ərazisində ənənə və müasirlik” (Explore Romania: Tradition and modernity in Arges county) adlı tədbir həyata keçirilib.
Tədbirin əsas məruzəçisi Piteşti Texnologiya Politexnika Universitetinin dosenti Liliana Voiculescu olub.
Erasmus+ Mobillik mübadilə proqramı çərçivəsində ADU-ya səfər edən Rumıniyalı qonaq Arges ərazisinin tarixi, adət-ənənələri haqqında, həmçinin, Piteşti Texnologiya Politexnika Universiteti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Hibrid formada keçirilən tədbirdə Təhsil 1 və Təhsil 2 fakültələrinin və Tərcümə fakültəsinin dekanları və müəllimləri, eləcə də, ADU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, Rumıniyanın Sibiu şəhərindən olan Müəllimlərin Təkmilləşdirmə Mərkəzindən qonaqlar iştirak ediblər.