XƏBƏRLƏR

ADU-nun əməkdaşına filologiya elmlər doktoru elmi dərəcəsi verilib

06 iyun, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin qrammatikası kafedrasının dosenti f.e.d. Fəridə Allahverdiyevaya  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17.11.2023 tarixli qərarı ilə 5708.01-German dilləri ixtisası üzrə filologiya elmlər doktoru elmi  dərəcəsi  verilib.

Universitet rəhbərliyinin qərarı ilə 29 may 2024-cü il tarixində ona universitet daxili professor vəzifəsi verilib.

Bu münasibətlə F.Allahverdiyevanı təbrik edir, ona gələcək elmi və  pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.