XƏBƏRLƏR

Argentina Respublikasının səfiri ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

05 iyun, 2024

Argentina Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri, xanım Marianxeles Belluşi Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb.
Məktubda deyilir:

"Hörmətli cənab rektor, 
Argentina Respublikasının Milli Günü münasibətilə göndərdiyiniz təbrik məktubuna görə Sizə təşəkkürümü bildirirəm. 

Ümid edirəm ki,  müəssisənizlə səfirliyimiz arasında əməkdaşlığımız davam edəcək və biz bunu genişləndirəcəyik.
Fürsətdən istifadə edib Sizə bir daha öz dərin ehtiramımı bildirirəm".


Marianxeles Belluşi
   
Argentina Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri