ADU-da növbəti güləkmə aksiyası keçirilib
04 iyun, 2024
Azərbaycan Dillər Universitetində Təhsil1 fakültəsi nəzdində İngilis dilinin fonetikası kafedradsının əməkdaşlarının iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində COP29-a həsr olunmuş güləkmə aksiyası keçirilib.
Adıçəkilən kafedranın əməkdaşları təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına yardım etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə universitetin həyətinə gül koları əkiblər.