XƏBƏRLƏR

"AXC-nin qurucuları" adlı tədbir keçirilib

03 iyun, 2024

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrası və Tələbə Elmi Cəmiyyəti tərəfindən fakültənin tələbələrinin iştirakı  ilə ingilis dilində "AXC-nin qurucuları" adlı tədbir keçirilib.

Regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyeva tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Xalq Cumhüriyyətinin qurulmasında  böyük rolu olan, ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə qalmayaraq, canları bahasına insanları maarifləndirməyə çalışan  Azərbaycanın ziyalılarının- vətənpərvər şəxsiyyətlərin tədqiqinin əhəmiyyətindən bəhs edib.

Tədbirin moderatoru Regionşünaslıq kafedrasının baş müəllimi Ülviyyə Hüseynova Azərbaycanın XIX əsrin sonu  və XX əsrin əvvəllərində üzləşdiyi  tarixi və siyasi proseslər haqqında qısa məlumat verib. Oçıxışında müxtəlif çətinliklərlə üzləşən AXC-nin qurucularının öz məqsədlərinə çatmaq üçün çox çalışdıqlarını vurğulayıb.

BMR fakültəsinin 194-i qrup tələbələri- Fatimə Həsənova "Ağa Aşurov və Əbdürrəhim bəy Haqverdiyev”, Ayxan İsmayılov  "Məmməd Əmin Rəsulzadə", Məryam Qulamirzəyeva  "İbrahim Əbilov və Səməd ağa Ağamalıoğlu ", Firuzə Əzizova “Fətəli xan Xoyski”, 359a qrup tələbələri- Fəridə Mahmudlu “ Mirzə Əsədullayev”, Şəfiqə İbrahimli "Əhməd bəy Ağayev" in  biopsiyası portretinin təqdimatı ilə ilə çıxış ediblər.

 Tədbirdə iştirak edən Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəyli tələbələrin məruzələrini təqdirəlayiq hesab edib. Tələbələrin ingilis dilində  çıxışlarının davamlı olmasının əhəmiyyətli olduğunu bildirib.