ADU-da güləkmə aksiyası keçirilib
31 may, 2024
Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikası kafedrasının təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti aksiya keçirilib.
Bu dəfə "Ətraf mühitin yaşıllaşdırılmasına öz evimizdən başlanması gərək" şüarı ilə keçirilən güləkmə aksiyasında Təhsil II fakültəsinin 123 B qrup tələbələri universitetin həyətinə güllər əkiblər.
Bildirilib ki, İngilis dilinin qrammatikası kafedrası keçirdiyi aksiyalarla tələbələrin nəzərinə təbiəti qorumaq və ətraf mühitin sağlamlaşdırılmaq istiqamətində işlərin görülməsinin vacibliyini çatdırmağa çalışıb.