Tələbələr tərəfindən “Müstəqil Azərbaycan: dünən, bugün” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin Təhsil-1fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Elnurə Əliyevanın rəhbərliyi ilə Bakı şəhəri 27 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən Təhsil-2 fakültəsinin 423 B qrup tələbələrinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycan: dünən, bugün” adlı tədbir keçirilib.
28 May Müstəqillik gününə həsr olunmuş tədbirdə Şəhla Budaqovanın rəhbərliyi ilə adıçəkilən məktəbin 1c inklüziv sinif şagirdləri də iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti haqqında Azərbaycan və ingilis dillərində məlumat verilib.
Bədii hissədə Müstəqillik Gününə aid şeirlər söylənib, mahnılar ifa olunub.
Məktəbin 5 B sinif şagirdlərinin iştirakı ilə “Kitabi-Dədə Qorqud” dastanından “Qazan xanın oğlu Uruz bəyin dustaq olduğu boy”dan hazırlanmış səhnəcik nümayiş olunub.
7 B sinif şagirdləri tərəfindən Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ingilis dilində ifa olunub. Qonaq qismində iştirak edən ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorluğunun mütəxəssisi Şahverən Babayevin şagirdlərlə ifası alqışlarla qarşılanıb.
Tədbirdə məktəbin direktoru Xatirə Əhmədova, təlim-tərbiyə işləri üzrə müavin Yeganə Məhəmmədova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Arzu İbrahimova, ADU-nun Əlavə təhsil və pedaqoji təcrübə şöbəsinin müdiri Nicat Aşurov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorluğun mütəxəssisi Şahverən Babayev və Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici dil kafedrasının müəllimi Nurlana Yusifova iştirak ediblər.

























