Ulu öndərin 101-ci ildönümü münasibətilə təşkil olunan müsabiqələrin hesabat konfransı keçirilib
Mayın 30-da Azərbaycan Dillər Universitetində Tələbə Elmi Cəmiyyəti, Müəllim və Tələbə Həmkarlar İttifaqı Komitəsinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə universitet üzrə təşkil etdiyi müsabiqələrin yekun hesabat konfransı keçirilib.
Dövlət Himni səsləndirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan müsabiqələrə tələbələr böyük maraq göstərib:
“Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ümumrespublika miqyasında böyük ruh yüksəkliyi ilə qeyd olunmaqdadır. Ulu Öndərimizin yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə əlaqədar universitetimizdə tədbirlər planı tutulmuş və Heydər Əliyevin dövlətçilik, gənclər və ekoloji siyəsət haqqında fəaliyyətini əks etdirən müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir”.
Tədbirlər Müəllim və Tələbə Həmkarlar Təşkilatılarının maliyyə dəstəyi və Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə universitetimizin 5 fakültəsi və onların nəzdində fəaliyyət göstərən 23 kafedranın rəhbərliyi ilə 500 nəfər tələbə arasında həyata keçirilib.
Bildirilib ki, təşkil olunmuş müsabiqələrin hər birinin elanı və nəticələri ətraflı şəkildə universitetin saytında işıqlandırılıb.
Daha sonra universitet tələbələrinin hazırladığı bədii kompozisiya təqdim olunub.
Sonda qaliblər diplom və sertifikatlarla təltif olunublar.