ADU nümayəndə heyəti Minsk Linqvistik Universitetində
May ayının 30-da ADU-nun Minsk Linqvistik Universitetində akademik ezamiyyətdə olan əməkdaşları Anar Rəhimov və professor Solmaz Rüstəmova-Tohidi Universitetin rektoru Natalya Lapteva ilə görüşüb.
Görüşdə hər iki universitetdə fəaliyyət göstərən Belarus və Azərbaycan Dil və Mədəniyyət mərkəzlərinin fəaliyyətindən məmnunluq ifadə olunub, mərkəzlərin iki dost ölkə arasında humanitar, təhsil sahəsində mövcud əlaqələrdə vacib halqa olduğu vurğulanıb.
Anar Rəhimov rektora mərkəz üçün yaradılan şəraitə görə təşəkkür edib, Minsk Linqvistik Universitetində Azərbaycan dilinin gələcəkdə də davamlı şəkildə uğurla tədris olunacağına ümid etdyini bildirib. O, eyni zamanda mərkəzlərin tələbələrin Azərbaycan və Belarus haqda yeni bilgilər əldə etməkdə əvəzsiz rol oynayacağını qeyd edib.
Natalya Lapteva ADU-ya son səfərini məmnunluqla xatırlayıb, Belarus mərkəzinin açılması üçün rektor akademik Kamal Abdullaya təşəkkürünü bildirib. O, eyni zamanda bir neçə ADU tələbəsini universitetin yay məktəbində iştirak üçün Minskdə görməkdən məmnun olacağını bildirib.
Görüşdə iki universitet arasında gələcək inkşaf perespektivləri, birgə layihələrin uğurlu inkşafı üçün konkret addımlar müzakirə edilib.