Tələbələr “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət ediblər
Azərbaycan Dillər Universitetinin (ADU) Bakı şəhər M.Müşfiq adına tam orta məktəbdə təcrübə keçən Filologiya fakültəsinin alman dili müəllimliyi ixtisası üzrə təhsil alan 441-ci qrup tələbələri Pedaqogika kafedrsının dosenti Oqtay Abbasovun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında yaradılmış “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət ediblər.
“Qarabağ müharibəsi qəhrəmanları” fondundan onlar zəngin eksponatlarla tanış olublar.
Bildirilib ki, kitabxana əməkdaşlarının məlumatları, fondla tanışlıq, səmərəli elmi araşdırmalar üçün yaradılmış şərait tələbələrdə təsirli təəssürat yaratmışdır. Həmçinin, dosent Oqtay Abbasov müəllifi olduğu “Sözün yaddaşı” və “Sözün sirdaşı” adlı kitabları da kitabxanaya hədiyyə edib.