XƏBƏRLƏR

ADU-da “Magistr təhsilinin şəxsi inkişaf və karyera planlamanızda rolu” mövzusunda görüş keçirilib

30 may, 2024

Mayın 24-də Azərbaycan  Dillər Universitetində “Magistr təhsilinin şəxsi inkişaf və karyera planlamanızda rolu” mövzusunda görüş keçirilib. 

EDU Company təhsil Mərkəzinin ADU-nun Əlavə təhsil, təcrübə və karyera şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə müəllim və tələbələr iştirak ediblər. 

Görüşdə tələbələrin ixtisas biliklərinin artırılması, gələcək karyera imkanlarının düzgün dəyərləndirilməsi istiqamətində atılacaq addımlar, təhsil strategiyasının əhəmiyyəti haqqında məlumat verilib.

Karyera məsləhətçisi Natiq Xəlilov tələbələrin karyera imkanları haqqında danışıb. Qeyd olunub ki, müasir dünyada iş imkanlarını düzgün dəyərləndirmək və faydalı kadr kimi formalaşmaq mühüm məsələlədir.

Bu gün tələbələr və məzunlar üçün bu baxımdan kifayət qədər əlverişli imkanlar mövcuddur. Qeyd olunub ki, əmək yarmarkalarının təşkil olunması, təcrübə proqramlarının həyata keçirilməsi tələbələr üçün yeni imkanların əldə olunması deməkdir.

Daha sonra çıxış edən təhsil təlimçiləri Gülnar Ağarzayeva və Taleh Həsənli tələbələri maraqlandıracaq karyera və iş imkanları mövzusunda fikirlər səsləndiriblər.

Görüş tələbələrin sualları ilə davam edib.