Tələbələr tərəfindən “Green world” adlı dərs keçirilib
29 may, 2024
Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdnində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Vüsalə Əliyevanın rəhbərliyi ilə 220 saylı məktəb-liseydə pedaqoji təcrübədə olan, 409b, 410a, 409a, 407a qrup tələbələrinin iştirakı ilə ətraf mühitin qorunmasına həsr olunmuş “Green world” adlı dərs keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən dərs açıq havada olub.
Dərs müddəti məktəbin şagirdləri təbiətlə, yaşıllıqla bağlı şəkillər çəkiblər. Həmçinin, tələbələrlə şagirdlər birlikdə məktəbin həyətində ağaclar əkiblər.