XƏBƏRLƏR

Tələbələr tərəfindən “Dilimizi qoruyaq” adlı tədbir keçirilib

29 may, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil- 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Nobahar Əzizovanın rəhbərliyi ilə 238 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələr- Fəridə Əliyeva, Günel Musayeva, Aysel Səlimova, Xəyalə Qafarlı, Gültac Allahverdiyeva, Aytən Hidayətova, Ləman Məmmədova, Nərmin Musazadənin birgə təşkilatçılığı ilə “Dilimizi qoruyaq” adlı tədbir keçirilib.

 Tədbirdə Təhsil- 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimləri- Nobahar Əzizova və Sevinc Mahmudova,  Pedaqogika kafedrasının baş müəllimi Ülviyyə Bəşirli, məktəbin direktoru Xuraman Osmanova, direktor müavinləri Səadət Rzayeva və Ruhəngiz Heydərova, fənn müəllimləri və 7-10-cu sinif şagirdləri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Tədbirin aparıcıları bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimiz haqqında məlumat veriblər. Daha sonra dilimiz haqqında tələbələrin hazırladıqları video-çarx  təqdim edilib.

Bədii hissədə ana dili haqqında hikmətli kəlamlar, şeirlər və mahnılar nümayiş olunub. 8ci sinif şagirdləri Tayfun Muxtarlı, Davud Rzayev, Elnur Güləhmədov və 9-cu sinif şagirdi Tuncay Məmmədlinin iştirakı ilə “Vaqif” dramından səhnəcik nümayiş olunub.

 Eyni zamanda, şagirdin ifasında “Dilin can incidəndir” mahnısı səslənib.

7-ci sinif şagirdi Nəriman Məmmədov isə klarnetdə ifa edib.

Tədbirin sonunda iştirakçılar və təcrübəçi tələbələr birlikdə “Şirin dil” mahnısını ifa ediblər.