XƏBƏRLƏR

İngilis dili müəllimlərinin təşkilatçılığı ilə konfrans keçirilib

29 may, 2024

Azərbaycan Dillər Universiteti və Bakı şəhəri 35 nömrəli tam orta məktəbin ingilis dili müəllimlərinin təşkilatçılığı ilə "Xarici dillərin tədrisində ümumtəhsil məktəblərində qarşıya çıxan problemlər və onları həlli yolları" adlı konfrans keçirilib.

Giriş nitqi ilə çıxış edən məktəbin direktoru Rəna Naibova məktəblə universitetin uzun illər ərzində əməkdaşlıq etdiyini qeyd edib.

ADU-nun Tədris işləri üzrə prorektoru filologiya üzrə fəlsəfə doktoru Kifayət Hacıyeva məktəb-universitet əməkdaşlığının vacib olduğunu vurğulayıb.

Təhsil 1-fakültəsinin dekanı professor filologiya elmlər doktoru Fikrət Cahangirov tələbələrin məktəbdə hazırlığını yüksək qiymətləndirib.

Çıxış edən digər müəllimlər konfransın işinə uğurlar arzulayıblar. Konfrans yeddi bölmədən ibarət olub.

Bölmələrdə Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosent və müəllimləri moderator kimi iştirak ediblər.

Konfransın sonunda Azərbaycan Dillər Universitetinin müəllimlərinə, məktəb müəllimlərinə, təcrübəçi tələbələrə, məktəbin şagirdlərinə sertifikatlar təqdim olunub.