XƏBƏRLƏR

Tələbələrin təşkilatçılığı ilə “Poeziya gecəsi” adlı tədbir keçirilib

29 may, 2024

Azərbaycan Dillər Universitetinin Bakı şəhəri Binəqədi rayonunda yerləşən Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə Təhsil 1 fakültəsi nəzdində  Xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Aynur Məmmədova  və Pedaqogika kafedrasının baş müəllimi Naibə Xiyalovanın rəhbərliyi, pedoqoji təcrübədə olan tələbələrin təşkilatçılığı ilə “Poeziya gecəsi” adlı tədbir keçirilib.

  Təhsil 1 fakültəsinin tələbələri- Məhluqə Ağazadə (406A), Aydan Xasməmmədova (404A), Rübabə  Abdulqəniyeva (404A), Ləman Qurbanova (404A),  Əsli Babayeva (404A),  Züleyxa Rəsulova (404A) təşkilatçılığı və məktəbin 5b, 6b, 7a, 8a, 8b, 9a, 9b sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir " Poeziya Gecəsi"nə həsr olunub.

  Tədbir iki dildə -  Azərbaycan və ingilis dillərində keçirilib.

  Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirdə Azərbaycan və ingilis ədəbiyyatının dövrləri  haqqında məlumat verilib, 7a və 8a sinif şagirdləri tərəfindən şeirlər səsləndirilib. Tədbirin davamında xor qrupu tərəfindən Nəsimi yaradıcıllıq nümunələrindən biri olan “Sığmazam”qəzəli səsləndirilib.

 Daha sonra ingilis ədəbiyyatında “Romeo və Cülyetta” əsərindən bir hissəni 9-cu sinif şagirdləri canlandırıblar. 

 Tədbirin sonlarına yaxın 8b sinif şagirdinin tarda müşayiəti ilə təcrübəçi  Rübabə  Abdulqəniyevanın ifasında “Küçələrə su səpmişəm” mahnısı səsləndirilib. Ən sonda isə 6-cı sinif şagirdlərinin hazırladıqları milli rəqs nümayiş olunub. 

 Tədbirdə həmçinin,  məktəb kollektivindən məktəbin direktoru Şəfa Qurbanova, təlim-tərbiyə işləri üzrə direktor müavini Fənarə Mahmudova və fənn müəllimləri iştirak ediblər.