“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” adlı dəyirmi masa keçirilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar, Təhsil1 fakültəsi nəzdində İngilis dilinin fonetikası kafedrasının baş müəllimi Fatimə İbrahimovanın təşkilatçılığı, 121b və 122a qrup tələbələrinin iştirakı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” adlı dəyirmi masa keçirilib.
Tədbirdə ADU-nun Təhsil 1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı dos. Salman Nuriyev, İngilis dilinin fonetikası kafedrasının müdiri dos. Xatirə Qocayeva və kafedranın müəllimləri iştirak ediblər.
Dəyirmi masa Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
121b qrup tələbəsi Məmmədsalahova Elvina iştirakçıları salamlayaraq Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsinin inkişafı istiqamətində həyata keçirdiyi siyasət barədə məlumat verdikdən sonra 122a qrup tələbələri tərəfindən hazirlanan Heydər Əliyevin çıxışlarından ibarət videoçarx nümayiş etdirilib.
ADU- da təhsil alan 1-ci kurs tələbələri arasında aparılan “Ulu Öndərin Azərbaycanda ətraf mühitin qorunması və sağlamlaşdırılması istiqamətində tarixi rolundan” bəhs edən müsahibə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Təhsil1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov çıxışında bildirib ki, təbiətə humanist münasibət bəsləyən Ulu Öndərin demək olar ki, əksər çıxışlarında əsrarəngiz və zəngin Azərbaycan təbiətinin hamılıqla mühafizə edilməsinə, ekoloji tarazlığın qorunub saxlanmasına həmişə çağırışları olub. Respublikamızda yürüdülən ekoloji siyasətin əsas məqsədi tək indiki deyil, gələcək nəsillərin ehtiyaclarını təminh etmək naminə təbii sərvətlərdən səmərəli istifadə etməkdir. Ümummilli liderin ekologiya və ətraf mühitin qorunması siyasəti Prezident İLham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Gələcəyimiz olan gənclərdə ekoloji maariflənmənin daha da gücləndirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayan Təhsil 2 dekanı dos. salman Nuriyev ADU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən çoxşaxəli işlərdən bəhs edib.
Bildirilib ki, Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Bu iş ardıcıl, müntəzəm və sistem halında görüldüyü üçün böyük səmərə vermişdir.
Daha sonra 121b qrup tələbəsi Əsmər Aslanova xalq şairi Zəlimxan Yaqubun “ Təbiət Allahın şah əsəridir” adlı şeirini səsləndirib.
Dəyirmi masa 121b və 122a qrup tələbələrinin bəstəkar Asəf Zeynallının Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansıının ifası ilə yekunlaşıb.



















