Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin rəhbərliyi ilə Əmək bazarı nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxa
Görüşdə Milli Konservatoriyanın Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fidan Ağayeva, Gənclər Təşkilatları Fondunun baş mütəxəssisi Emil Yusifov, Mədəniyyət Nazirliyinin İnsan Kapitalının İdarə edilməsi Şöbəsinin əməkdaşı Əli Məmmədov, Avrasiya Tərcümə Mərkəzinin direktoru Nərmin Hüseynova, təcrübəçilərlə iş üzrə koordinatoru Aysel Dadaşova iştirak ediblər.
Müəssisə nümayəndələri ümumilikdə tələbələrdən razılıq ediblər. Bildiriblər ki, məsuliyyətli tələbələr var, təcrübəyə ardıcıl gəlirlər. Müəssisələr tələbələrə geyim və davranış mədəniyyəti öyrədirlər. Elə tələbələr var ki, onların bilik və bacarıqları qane edib xüsusilə, Mədəniyyət Nazirliyini- Azərbaycan mədəniyyətini bilirlər, həvəsləri var verilən tapşırıqları yerinə yetiriblər, ona görə həmin tələbələrə təşəkkürnamə veriblər.
Əmək bazarı nümayəndələri aşağıdakı keyfiyyətləri: Azərbaycan dilində və xarici dildə sənədləşmə üzrə biliklərin artırılması, kargüzarlıq sənədlərini mükəmməl öyrənməyi, akademik xarici dil biliklərinin olmasını, rus dilli mütəxəssislərin bu idarələrə daha çox göndərilməsini, tələbələrin peşə kompetensiyalarının daha da artırılması, diplomatik etiket, protokol qaydalarının daha dərindən öyrədilməsi daha məsuliyyətli olmaları nizam intizam qaydalarına ciddi əməl edilməsini tələbələrə tədris prosesi və təcrübə öncəsi hazırlıq işlərində nəzərə alınmasını tövsiyə ediblər.
Fəlsəfə və İctimai elmlər kafedrasının müdiri dos.Ə.Abdiyeva, Regionşünaslıq kafedrasının müdiri prof.S.Əliyeva və tərəflərarasında qarşılıqlı əməkdaşlıq perspektivləri barədə təklif və fikir mübadiləsi aparılıb.







