“Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri Filologiya fakültəsinin dekanı professor Həmidə Əliyeva giriş sözü ilə açaraq karyera planlaması və iş dünyasına hazırlıq mövzularında tələbələri məlumatlandırıb, məzunların əmək bazarına integrasiyası prosessinin əhəmiyyətindən bəhs edib.
Tədbirdə AMEA Folklor İnstitutunun İnsan Resursları Şöbəsinin müdiri Gülüstan Bayramova, ATV İctimai- Siyasi Xəbərlər Departamentinin redaktoru Aygün Rəhimova, ADU-nun İnsan resursları şöbəsinin müdiri Məmməd İsmayılov, Əlavə təhsil və karyera şöbəsinin əməkdaşları, kafedra müdirləri, istehsalat və pedaqoji təcrübədə olan tələbələr iştirak ediblər.
Görüşdə ixtisasdan asılı olaraq və ya olmayaraq tələbələrin seçdiyi düzgün peşə seçimi, fərdi və karyerada inkişaf metodları, karyera planlaması və karyerada yüksəliş, iş seçimi zamanı diqqət yetirilməli olan nüanslar, insan resursları strategiyası və növləri barədə bilik və təcrübələr bölüşülüb.
Dəyirmi masada həmçinin, pedaqoji kadr hazırlığı, pedaqoji təcrübədə qarşıya çıxan problemlərin həlli məsələləri də müzakirə edilib.
Tədbir zamanı tələbələrin irad və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətrafında maraqlı müzakirələrlə davam edib.





