XƏBƏRLƏR

“Green World: Easy Breath Safe Life” adlı tədbir keçirilib

27 may, 2024

 Azərbaycan Dillər Universitetində (ADU) “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar olaraq, Təhsil-1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı -1 kafedrasının dosenti Lalə Əsədovanın təşkilatçılığı və həmin fakültənin II kurs 211a qrup tələbələrinin iştirakı ilə “Green World: Easy Breath Safe Life” adlı tədbir keçirilib.

Tədbirdə kafedranın əməkdaşları- dos. Sevinc Tağıyeva, f.f.d., b/m Ülviyyə Əhmədova, f.f.d., b/m Dürrə Həşimova, b/m Nigar Bağırova, f.f.d. Jalə Məmmədova, b/m Mülayim Bağırova, müəllim Günay Ağayeva və 211a qrup tələbələri iştirak ediblər.

Tədbirdə 211a qrup tələbələri tərəfindən təqdimatlar, doğma yurdumuz Azərbaycanın gözəl təbiəti haqqında video-çarx nümayiş etdirilib.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın təbiətinin qorunmasında rolu, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi məsələlərinə daim qayğı ilə yanaşması xüsusi olaraq qeyd edilib. Hazırda işğaldan azad olmuş ərazilərdə abadlıq, quruculuq işlərinin aparılmasından, Qarabağın ekoloji cəhətdən yaşıl zona elan edilməsi, Suqovuşanda ekoloji park salınması və bütün bu məsələlərin prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilməsi, Leyla Əliyeva və İDEA təşkilatının təşəbbüsü ilə yaşıllıqlar salınması haqqında məlumat verilib, vide-oçarx nümayiş etdirilib.

Daha sonra “İqlim dəyişikliyi” və “Qlobal istiləşmə” mövzularında tələbələr çıxış edərək dünyada baş verən dəyişikliyin, atmosfer çirklənməsinin həm təbiətə, həm insanlara gətirdiyi fəsadlardan, onların mümkün həlli yollarından danışıb, ətraf mühitin, təbiətin qorunmasının vacibliyini vurğulayıblar. Habelə, bu il COP29-un Bakıda keçiriləcəyini qeyd edərək, tədbirin yaranma tarixi, məqsədləri haqqında məlumat verib, videoçarxlar nümayiş etdiriblər.

Tədbirdə COP 29-a Azərbaycanın ev sahibliyi edəcəyi haqqında prezident İlham Əliyevin ingilis dilində çıxışından bir hissə nümayiş olunub.

Tədbirin sonunda tələbələrin ifasında “The Earth’s Song” mahnısı səslənib,  ətraf mühiti, təbiəti, yaşıllığı qorumaq haqqında hazırladıqları plakatlar nümayiş olunub.