“Ekoloji mədəniyyət” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr edilmiş “Ekoloji mədəniyyət” adlı tədbir keçirilib.
Kafedranın baş müəllimləri, Mətanət Əsgərova və Zümrüd Hüseynova tərəfindən təşkilatçılığı ilə keçirilən tədbirdə Təhsil 2 fakültəsinin 327 b, Təhsil 1 fakültəsinin 311 a və 316 qrup tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Zümrüd Hüseynova açıb.
Tələbələr, Sevinc İskəndərova ekoloji mədəniyət haqqında video-çarx, Gülər Səlimova tərəfindən isə animasiya filmi təqdim olunub.
Aysu Abdullayeva, Nuranə Əliyeva, Nəzrin İmanova bir sıra ictimai xadim və şairlərin ekologiya, təbiət haqqında fikirlərini, atalar sözləri və aforizmlər söyləyiblər.
311a qrup tələbələri Gülər Cabbarlı, Günel Məmmədova, Esmira Kərimova, Arzu Mənsirova “Təbiətin insan orqanizminə təsiri”, “Ekoloji mədəniyyət İslamda və ekoloji mədəniyyət gündəlik həyatımızda” adlı mövzularda çıxış ediblər.
Sonda müəllimlər, Mətanət Əsgərova və Nahidə Məmmədova ekoloji mədəniyyətin vacibliyi, əhalinin bütün təbəqələrinin bu sahədə maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.
Tədbir tələbələrin “Qlobal fikirləş, yerində tədbiq elə” çağırışı ilə yekunlaşıb.





















