Tələbə tərəfindən “ADU-nun tanıtımı” mövzusunda dərs keçirilib

Azərbaycan Dillər Universitetinin Bakı şəhəri Binəqədi rayonu Mirzə Xosrov Axundzadə adına 102 saylı tam orta məktəbdə Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Vəfa Gözəlovanın rəhbərliyi ilə pedaqoji təcrübədə olan tələbə Məryam Əliyevanın (425a) təşkilatçılığı ilə “ADU-nun tanıtımı” mövzusunda dərs keçirilib.
Universiteti tanıtım məqsədi ilə keçirilən dərsdə tələbə universitetin tarixi, fəaliyyət göstərən fakültələr barədə məlumat verib.
Sonra Azərbaycan Dillər Universitetinin tanıtım çarxı nümyiş etdirilib.
Sonda şagirdlərin universitet barədə sualları cavablandırılıb və onlara müxtəlif məsləhətlər verilib.
Dərsdə həmçinin, Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodistləri Vəfa Gözəlova, Gülşən Qasımova da iştirak ediblər.





