XƏBƏRLƏR

"AXC dövrünün parlaq qadınları" adlı tədbir keçirilib

27 may, 2024

 Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrası və Rusiyaşünaslıq Mərkəzi  22 may 2024-cü il tarixində  fakültənin tələbələrinin iştirakı  ilə rus dilində "AXC dövrünün parlaq qadınları" adlı tədbir keçirb.

Regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan Xalq Cumhüriyyəti dövründə ziyalı qadınların mədəni-maarif, sosial və ictimai sahələrdə fəaliyyətinin tədqiqinin əhəmiyyətindən bəhs etmişdir. Azərbaycanın maarifpərvər qadınları  ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə qalmayaraq, canları bahasına insanları maarifləndirməyə çalışıblar.

 Tədbirin moderatoru Regionşünaslıq kafedrasının baş müəllimi Sevinc Qurbanova Azərbaycanda qadınların fəallığının maarifçilik və xeyriyyəçilik ideyalarının yayılması və həyata keçirilməsi ilə başladığını vurğulamışdır. Şərqdə AXC dövründə Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk ölkə olması, qızlar üçün yeni məktəblərin açılması və bu  kimi digər addımların qadınların cəmiyyətdə rolunun artmasına səbəb olmuşdur.

BMR fakültəsinin tələbələri- Şəms Qasımlı (375r) “Respublika parlamentində yeganə qadın - Şəfiqə Əfəndizadə”, Aytən Mirişova (364r ) “Hənifə Məlikova - xeyriyyəçi və fədakar qadın”,  Ayla Əhmədzadə (364r)

“Azərbaycan müəllimi - Məryəm Bayraməlibəyova”, Zemfira Rəcəbli (165r) “Müstəqillik dövrünün ilk şairəsi- Ümmügülsüm Sadıqzadə” adlı mövzularda ilə çıxış ediblər.

BMR fakültəsinin 364r qrup tələbələsi Səlim Abdullayev, 266r qrupunun tələbələri Cəfərsadiq Pirverdiyev, Zəhra Əbilova,  Ruslan Namazov,  Ümmügülsüm Sadıqzadənin "Hicran" şeirindən bəndlər söyləyiblər, İsmayıl Nağıyev isə texniki təqdimatları təmin edib.

Tədbirdə Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəyli tələbələrin məruzələrini təqdirəlayiq hesab edib. Tələbələrin tədris aldıqları dillərdə  çıxışlarının davamlı olmasının əhəmiyyətli olduğunu bildirib.