XƏBƏRLƏR

28 May - Müstəqillik günü ilə bağlı tədbir keçirilib

24 may, 2024

Azərbaycan Dillər Universitetində Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi,  Təhsil 1,  Təhsil 2 fakültəsi vəTələbə Elmi Cəmiyyəti (TEC)-in birgə təşkilatçılığı ilə  28 May- Müstəqillik günü ilə bağlı tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

ADU-nun rektor məsləhətçisi Anar Osmanlı çıxış edib. O, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında böyük və əlamətdar hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından danışıb.

Bildirib ki, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmişdir.  Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırmışdır.

Təhsil 1 fakültəsinin dekanı dekanı, professor Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Kitabxana şöbəsinin bölmə müdiri Güllüzar Məmmədova, Azərbaycan tarixi və Qafqazşünaslıq kafedrasının müəllimi Abbasova Sevinc, tələbələr Əsgərova Nilgün, Quliyeva Sevinc, Orucəliyeva Aytac, Həsənova Selcan və digər iştirakçılar çıxış ediblər. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadis olub.  Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.