XƏBƏRLƏR

“Yaşıl dünya naminə həmrəylik ili” ağacəkmə aksiyası keçirilib

24 may, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil-2 fakültəsi İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasında COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında rektorun məsləhətçisi iqt.f.d. Anar Osmanlı, Təhsil-2 fakültəsinin dekanı dos. Salman Nuriyev, İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dos.Hüseynova Mehriban iştirak ediblər.

Tədbirdə kafedranın müəllimləri- Günay Süleymanova, f.f.d.Xəyalə Əliyeva, 119a, 223a və 225a qrupunun tələbələri iştirak ediblər.

Tədbir tələbələrin çıxışları ilə yekunlaşıb. Tələbələr çıxışlarında COP29-un loqosu iqlim dəyişiklikləri ilə əlaqədar qarşılaşdığımız qlobal problemlər və bu çətinliklərlə mübarizə üçün zəruri olan kollektiv fəaliyyətini özündə ehtiva etdiyini qeyd ediblər.

İştirakçılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasında körpə fidanlar, şam ağacları, gül kolları əkiblər.

Rektor məsləhətçisi Anar Osmanlı ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təsdiq edən tədbirin əsas məqsədinin tələbələrin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhvə vermək olduğunu qeyd edib.