XƏBƏRLƏR

"COP-29"-a həsr olunan dəyirmi masa keçirilib

24 may, 2024

ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının COP 29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar silsilə tədbirlərdən növbətisi-“Azərbaycan Respublikasında COP 29 beynəlxalq konfransın keçirilməsinin siyasi əhəmiyyəti, strateji istiqamətləri və əsas aktorları” mövzusunda tələbələrlə dəyirmi masa keçirilmişdir. 

Tədbirdə Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı professor İ.Kazımbəyli, dekan müavinləri dos. A.Abbasov və dos.N.Kərimov iştirak etmişdir.   

Dəyirmi masada çıxış edən fakültə dekanı professor İ.Kazımbəyli çıxış edərək qeyd etdi ki, müasir dünyanın ən böyük konfransı hesab olunan COP 29-da 100-dən çox dövlətin hökümət rəhbərlərinin və nümayəndələrinin iştirak edəcəyini nəzərə alsaq bu tədbirin kifayət qədər nüfuzlu olacağını əvvəlcədən söyləmək olar. Bu bir tərəfdən ölkəmizə böyük etimadın göstərilməsidirsə, digər tərəfdən isə Azərbaycanın qlobal problemlərin həll edilməsi istiqamətində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyinin təsdiqlənməsinin əyani şəkildə göstəricisi hesab edilə bilər. İ.Kazımbəyli fikrini davam etdirərək bildirdi ki, siyasi baxımdan qeyd olunan tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq münasibər sistemində Azərbaycanın mövqeyinin daha da güclənməsinə şərait yaratmış olacaqdır. Bu konteksdə Yaşıl dünya naminə həmrəylik ilində Azərbaycanın bütün dövlət və özəl qurumları, o cümlədən təhsil müəssisələri  bu və ya digər formada, eləcə də birbaşa və dolayısı ilə adıçəkilən proseslərdə fəal iştirak etməklə dövlətimizin bu istiqamətdə apardığı siyasətə dəstək göstərmiş olacaqdır. Sonda müzakirələr aparıldı və tələbələrin sualları cavablandırıldı.