XƏBƏRLƏR

Belqrad Universitetində Azərbaycan xalça sənəti mövzusunda dərs keçirilib

24 may, 2024

Belqrad Universitetində Azərbaycan dili öyrənən və türkologiya şöbəsinin tələbələrinə Azərbaycan mədəniyyətində xüsusi yer tutan “Azərbaycan xalçaları- xalqın milli kodudur” mövzusunda ustad dərs keçirilib. 

Dərs zamanı Azərbaycanda xalçaçılığın tarixi, yun istehsalı, boyaq bitkiləri, xalçaçılıq məhsullarının müxtəlif növləri, ərazi xüsusiyyətlərindən asılı olaraq xalçaçılıq məktəblərinin əlamətləri, dünya muzeylərində  nümayiş etdirilən  Azərbaycan xalçaları, müasir dövrdə Azərbaycanda keçirilən bütün tədbirlərin layihələrinə xalçalar və ya onların naxışlarının əlavə edilməsi haqqında geniş məlumat  verilib.

Tələbələr tərəfindən xalaçaların naxışları, forma və rənglərin seçimi, habelə, namazlıq xalçaların rəng seçimi və  ölçüsü haqqında suallar verilib.