XƏBƏRLƏR

Pedaqogika kafedrasının müəllimləri tərəfindən tanıtım xarakterli görüşlər keçirilib

24 may, 2024

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimləri tərəfindən buraxılış sinif şagirdləri arasında tanıtım xarakterli silsilə görüşlər keçirilib.

Həmin görüşlər kafedranın müəllimləri- dos.Jalə Mustafayeva, b/m Naibə Xiyalova, dos.Oqtay Abbasov, b/m Şəfiqə Tahirova, m.Məhbubə Ələkbərova, m.Ayşən Məmmədova, m.Fidan Hacıyeva, m.Roza İsmayılova tərəfindən Bakı şəhərində yerləşən 5, 14, 18, 31, 53, 164, 177, 212 saylı ümumtəhsil müəssisələrində, m.Samirə İbrahimova tərəfindən isə Evrika liseyi, Beynəlxalq Montessori Mərkəzində keçirilib.

Müəllimlər məktəblərin buraxılış sinif şagirdləri qarşısında çıxış ediblər. Məktəbəqədər, İbtidai təhsil ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların ingilis bölmələrinin, həmçinin, Xarici dil müəllimliyi ixtisasının fəaliyyət göstərməsi, həmin qruplarda orijinal dərsliklərdən istifadə olunması, hətta, beynəlxalq rəqabətliliyinin qorunması, universitetdə yaradılmış İnklüziv Təhsil Mərkəzi, Məktəbəqədər və İbtidai təhsil Mərkəzi, Korreksiyaedici təlim ixtisası barədə geniş məlumat verib, tam təminatlı, zəngin resurslarla təchiz olunmuş auditoriyalara qiyabi ekskursiya keçiriblər.

 ADU-nun Pedaqogika kafedrasının müəllimləri tanıtım xarakterli görüşlərdə ali təhsil müəssisəsində 20-ə qədər mərkəzin fəaliyyət göstərməsi faktını, beynəlxalq miqyaslı müxtəlif mübadilə proqramlarında tələbərimizin iştirakının dəstəkməsini, müəllimlər üçün təkmilləşdirmə modullarının hazırlanmasını şagirdlərə, pedaqoji heyətə fəxr və qürur hissi ilə bildiriblər.

Təqdim olunmuş məlumatlar təhsilalanlar tərəfindən maraqla qarşılanıb.

Habelə, şagirdlərə bildiriblər ki, həm  mövcud, həm də yeni ixtisaslarda kompetensiyalı mütəxəssislərin hazırlanması prosesi dinamik şəkildə yenilənir, dünya standartları ilə uzlaşdırılır.