Tələbələr "Ümid yeri uşaq sığınacağı"nda yaşayan uşaqları ziyarət ediblər
23 may, 2024
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin Koreya dili üzrə təhsil alan tələbələri müəllimlər- Ülviyyə Mirzəyeva və Aydan Hacıyevanın təşəbbüs və təşkilatçılığı ilə "Ümid yeri uşaq sığınacağı"nda yaşayan uşaqları ziyarət ediblər.
Tələbələr sığınacaqda "Uşaqlarla birgə Koreya günü" adlı tədbir keçiriblər. Tədbir zamanı tələbələr Koreya haqqında ümumi məlumat veriblər.
Bədii hissədə onlar qısa tamaşa nümayiş etdiriblər. Uşaqlara oyunlar öyrədib, onlar üçün müasir rəqs və mahnılar ifa ediblər.
Həmçinin, milli musiqi alətimiz tarın müşayiəti ilə Koreya xalq mahnısı olan "Ariranq"ı ifa ediblər.