XƏBƏRLƏR

Belqrad Universitetinin professoru Kseniya Aykut ADU-nun rektoruna təşəkkür edib

23 may, 2024

Azərbaycan Dillər Universitetinin dəvəti ilə "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV: MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEOLOGİYASI” VII Beynəlxalq elmi konfransında iştirak edən professor dr.Kseniya Aykut Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Mərkəzində 28 May Respublika gününə və Məmməd Əmin Rəsulzadənin 140 illiyinə  həsr olunmuş tədbirdə ölkələrimiz arasındakı dostluğu, universitetlərimiz arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. 

Prof.Kseniya Aykut: Mənim səfərim Azərbaycan Dillər Universitetində Serb Dili Mərkəzinə baş çəkməklə başladı, burada tələbə və müəllimlərə Belqrad  Universitetində türkologiya ixtisasının tarixi və inkişafı mövzusunda mühazirə oxudum. Serb dilini öyrənən tələbələrlə söhbət etmək imkanım oldu.

Səfərin rəsmi hissəsi ilə yanaşı, Bakının gəzməli, görməli yerləri ilə tanışlıq oldum. İçərişəhər, çox sayda ədiblərin abidələri, səliqəli və baxımlı qədim tikililər insanı heyran edirdi. Bakı qədimliyin və müasirliyin vəhdətini təmsil edən bir şəhər kimi təsirli memarlığa malikdir".

Prof. Kseniya Aykut  qeyd edib ki, səmimi qarşılanma, yaxşı təşkilatçılıq, həmkarların mehribanlığı və tələbələrin sadiqliyi, yadda qalan təəssüratlardır və bu cür münasibətlər iki ölkə arasında davamlı əməkdaşlıq, tələbə və müəllim heyətinin mübadiləsi üçün bizə stimul verir. 

O, ADU  tərəfindən  yüksək səviyyədə təşkil olunan konfrans barədə  iştirakçıları məlumatlandıraraq, bu səfər üçün cənab rektor Kamal Abdullaya xüsusi təşəkkür etdiyini bildirib. 

Prof.Kseniya Aykut Belqrada ezam olunan ADU-nun  professorları S Əliyeva və Ş.Abdullayeva ilə görüşüb, Belqrad Universiteti və Belqrad şəhəri haqqında məlumat verib, türk dilində yazdığı şeirlər kitabından onlara hədiyyə edib.