XƏBƏRLƏR

"Yaşıl və boz dünya" adlı tədbir keçirilib

21 may, 2024

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrası və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı əməkdaşlıq çərçivəsində COP29 layihəsinə əsasən "Yaşıl və boz dünya" adlı tədbir keçirilib.

Tədbirdə Linqvokulturologiya kafedrasının dəvəti ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris və müalicə işləri üzrə rektor müavini Nuranə Quliyeva, Bioloji, humanitar və ictimai elmlər şöbəsinin müdiri Dürdanə Rəhimzadə, ADU-nun rektor müşaviri Anar Osmanlı, Təhsil-2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Təhsil-1 fakültəsinin dekanı professor Fikrət Cahangirov, Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli, kafedranın müəllimləri, ADU və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri iştirak ediblər. 

Linqvokulturologiya kafedrasını baş müəllimi Dinara Muxtarovanın təşkil etdiyi tədbirin məqsədi eyni adlı mövzunun fərqli baxış bucağından müzakirə olunması idi. Tibb təhsilini alan tələbələr "Yaşıl və boz dünya" adlı mövzuya tibbi baxımdan, ADU-nun Tahsil-1 fakültəsinin 311 A tələbələri isə filoloji baxımdan yanaşaraq, yaşıllaşdırmanın nə dərəcədə mühüm olmasını və ətraf mühitin çirkləndirilməsinin səhhətimizə və ruhumuza nə qədər zərərli olmasını təsdiqləyən təqdimatlar nümayiş etdiriblər.

Tədbirin sonunda Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli bu tədbirin ADU və  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasındakı ələqə və əməkdaşlığa doğru addım olduğunu bildirib.

Rektorun məsləhətçisi Anar Osmanlı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının qonaqlari rektor müavini-Nuranə Quliyeva  və Dürdanə Rəhimzadə tədbirlə bağlı fikirlərini söyləyiblər.