XƏBƏRLƏR

Psixologiya kafedrasında pedaqoji təcrübənin gedişi ilə bağlı görüş keçirilib

21 may, 2024

Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasında pedaqoji təcrübənin gedişi ilə bağlı görüş keçirilib. Görüşdə pedaqoji təcrübə keçən IV kurs tələbələri (təhsildə sosial-psixoloji xidmət) Psixologiya kafedrasının müdiri dos. Ceyhun Alıyev, Təhsil 2 fakültəsinin dekanı dos. Salman Nuruyev, metodistlər p.ü.f.d. Könül Haqverdiyeva, baş müəllim Lalə Sadıxova, baş müəllim Mətanət Həsənova və kafedranın digər əməkdaşları iştirak ediblər. 

Tədbirdə növbəti illərdə pedaqoji təcrübənin keyfiyyətini daha da təkimlləşdirmək məqsədi ilə pedaqoji təcrübə prosesində meydana çıxan problemlərə toxunulub, eləcə də, təcrübə işinin təşkilinin pozitiv tərəflərinin müzakirəsi aparılıb. Məsələ ilə bağlı ilk növbədə təcrübə keçən tələbələrin, eləcə də, metodistlərin  fikirləri və təklifləri dinlənilərək müzakirə olunub.

Təkliflər sırasında  təcrübəçi psixoloqlar üçün ayrıca gündəliyin tərtib edilməsi, məktəblərdə praktika müddətinin artırılması, psixologiyaya aid elektron kitabxanın yaradılması kimi aktual problemlər səsləndirilib.