XƏBƏRLƏR

ADU-nun əməkdaşı Özbəkistanın Fəxri professoru seçilib

21 may, 2024

ADU-nun Türk dünyası araşdırmaları mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov Daşkənd İqtisad və Pedoqogika Universitetinin Fəxri professoru adına layiq görülüb.

Bununla bağlı universitet Senatı Elçin İbrahimovun Özbəkistan-Azərbaycan elmi-mədəni əlaqələrindəki fəaliyyətini nəzərə alaraq, universitetin Fəxri Professoru seçilməyinə qərar verib.

Elçin İbrahimova Fəxri Professor diplomu və mantiyası universitet rektoru tərəfindən təqdim olunub.