XƏBƏRLƏR

Tələbələr “Balaca dost” adlı tədbir keçiriblər

21 may, 2024

Azərbaycan Dillər Universitetində (ADU) Nəsimi rayon Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən Təhsil 2 fakültəsinin 418 A qrup tələbələri- Nəzrin Hüseynli və Aytac Qarayevanın təşkilatçılığı, məktəbin 5C və 6A  siniflərinin birgə iştirakı ilə “Balaca dost” adlı tədbir keçirilib.

Tədbirdə balaca dostlarımız və onlara kömək etmə yollarından danışılıb. Qeyd olunan məktəbin 5c sinif şagirdləri- Nəzrin İmanlı, Əsma Sadiqzadə, İbrahim Babışov, Yusif Matanov, 6a sinif şagirdləri-  Fatimə Xudayarova, Zəhra Əkbərova, İlknur Məmmədli, Rüqəyya Məmmədova iştirak ediblər. Adıçəkilən şagirdlərin iştirakı ilə dostlarımıza kömək etməyin vacibliyi haqqında səhnəcik nümayiş olunub, xaricdə  olan balaca dostlarımıza yardım təşkilatları və ölkəmizdə olan yerli təşkilatlar barədə məlumatlar verilib. Eyni zamanda, balaca dostlarımıza kömək məqsədli şüarlar səsləndirilib.

Sonda isə şagirdlər tədbir iştirakçılarına heyvan yeməkləri verilib, qarşılaşdıqları köməksiz dostlarımıza soyuq havalarda dəstək olmaqları xahiş olunub.

Layihənin əsas məqsədi balacaları dostlara kömək etməyə həvəsləndirmək və bu işdə onlara dəstək olmaqdır. Bəzən balacalar özlərini tək hiss edirlər və düşünürlər ki dostlarına kömək edəcək gücə qadir deyillər. Bu  xeyirxah işdə biz böyüklər, valideynlər uşaqların yanında olub onlara dəstək olmalıyıq və uşaqlar bizim bu dəstəyimizi hiss etməlidirlər.

Tədbirdə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Tamilla Abdullayeva, fənn müəllimləri Nərminə Tağıyeva, Yeganə Əkbərova  və şagirdlər iştirak ediblər.