"Təlim prosesində innovativ peşəkar müəllimin formalaşdırılması" mövzusunda təlim keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) "Təlim prosesində innovativ peşəkar müəllimin formalaşdırılması" mövzusunda təlim keçirilib.
Təlimdə metodika ixtisası üzrə müasir təlim metodları, texnologiyalar və təcrübələr haqqında məlumatlar verilib. Bildirilib ki, Azərbaycan Dillər Universiteti bu kimi ustad dərslərdə təlimin və təhsilin keyfiyyətini artırmağa, həmçinin,
Portlan Dövlət Universitetində Fulbrayt proqramı üzrə təqaüdçüsü, tədris proqramında tənqidi təfəkkürün aşılanması üçün proqram tərtibatçısı olan və ADA Universitetinin Akademik Yazı və İnformasiya Savadlığı müəllimi Sevil Ağayeva çıxış edib.
Tədbir zamanı Akademik Yazı və İnformasiya Savadlılığı mövzusunda ətraflı məlumatlar verilib. Təlimçi tərəfindən verilən məlumatlar, Akademik yazı və informasiya savadlılığı sahəsindəki aktual məsələlər haqqında danışıb və tələbələrin bu sahədəki maraqlarını daha da artırıb.
Təlim iştirakçıların bilik səviyyəsini artırmağa, yeni fikirləri müzakirə etməyə və tədqiqat sahəsində ən son yenilikləri öyrənməyə imkan verib.
ADU-nun XDT kafedrasının dosenti ped.f.d Fəridə Şükürova öz çıxışı zamanı bu sahədə ən son araşdırmaları və təcrübələri paylaşaraq mövzu çərçivəsində tələbələri daha da məlumatlandırıb.
Tədbir zamanı tələbələr tərəfindən müəllimlərin peşəkar inkişafı, təlim prosesində inovativ metodologiyaların tətbiqi və digər pedaqoji məsələlər haqqında verilən suallar cavablandırılıb.



