“Pronunciation Journey” adlı viktorina keçirilib
13 may 2024-cü il tarixində Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində İngilis dilinin fonetikası kafedrasının müəllimi dosent Sabina Poladova 112 b və 113 a qrup tələbələrinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Pronunciation Journey” adlı viktorina (yarış müsabiqəsi) keçirib.
Təhsil 1 fakültəsinin 112 b və 113 a qrup tələbələrinin iştirakı ilə keçirilən “Pronunciation Journey” viktorinası (yarış müsabiqəsi) 3 mərhələ və sual-cavab formatında keçirilmişdir. 6 tələbədən ibarət olan komandalar münsiflər heyəti tərəfindən təqdim edilmiş sualları 1 dəqiqə ərzində cavablandırmışlar.
Münsiflər heyəti rektorun müşaviri dos. Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı dos. Salman Nuriyev, İngilis dilinin fonetikası kafedrasının müdiri dos. Xatirə Qocayeva, kafedranın baş müəllimi Elmira Zülfiqarova olmuşdur.
Viktorinada (yarış müsabiqəsində) iştirak edən bütün tələbələr sertifikatla təltif olunmuş, qaliblərə isə yarışın son mərhələsində maksimal toplanan bal əsasında müəyyən edilmiş hədiyyələr təqdim olunmuşdur.