ADU-nun əməkdaşları Təlimdə Keyfiyyət Təminatı Agentliyi tərəfindən keçirilən təlimdə iştirak ediblər
Azərbaycan Dillər Universitetinin əməkdaşları- Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri dosent Fatma Qurbanzadə və Linqvokulturologiya kafedrasının müdiri, Daxili Keyfiyyət Təminatı üzrə komissiyanın sədri dosent Vüsalə Ağabəyli Təlimdə Keyfiyyət Təminatı Agentliyinin təşkil etdiyi "Tələbə mərkəzli keyfiyyət təminatı sistemi" adlı təlimdə iştirak ediblər.
Professor Dr. Olgun Çiçək tərəfində idarə olunan təlimdə Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Təlimdə tədrisdə keyfiyyətin yüksəldilməsinə xidmət edən məsələlər- universitetlərdə keyfiyyət təminatı sisteminin formalaşması, davamlı inkişaf, tələbə məmnuniyyəti, keyfiyyət mədəniyyəti, qiymətləndirmə meyarları, imtahan sistemi və s. müzakirə edilib, universitetlərarası fikir mübadiləsi aparılıb.