Tələbələr “ADU-nun tanıtımı”adlı tədbir keçiriblər
Azərbaycan Dillər Universitetinin Bakı şəhəri Nəsimi rayonunda yerləşən 14 nömrəli tam orta məktəbində Təhsil 2 fakültəsi nəzdində Pedaqogika kafedrasının dosenti Jalə Mustafayevanın rəhbərliyi ilə pedaqoji təcrübədə olan tələbələrinin təşkilatçılığı ilə “ADU-nun tanıtımı” adlı tədbir keçirilib.
Tədbir Təhsil 1 fakültəsinin tələbələri- Nihad Abdullayev (410A), Rəna Ağayeva (407B), Təhminə Hacıyeva (402 A), Lalə Quliyeva (403 A), Ləman Babayeva (409 B), Mətanət Baxşiyeva (409 B), Lamiyə Qarazadə (409 A), Əsmər Cavadlı (409 B), Əzizə Cəfərova (410 B), Nəzrin Məlikova (403 A), Gövhər Novruzlu (410 B) və Aytən Hüseynovanın (404A) təşkilatçılığı və məktəbin 8a,8c,11a,11b şagirdlərinin iştirakı ilə baş tutub
Tədbir öncə universitetimizin tanıtım çarxı ilə başlayıb, sonra isə tələbələr ADU-nun tarixi ilə bağlı məlumat veriblər.
Ardınca isə tələbələr fakültələr haqda məlumat verib. Həmçinin, universitetdə fəaliyyət göstərən müxtəlif mərkəzlər və “Bir günlük xəlifə”layihəsi haqda məlumat verilib.
Tədbirin sonunda tələbə tərəfindən ”Azərbaycan oğluyam” və xor şəklində ”Vətən yaxşıdır” musiqiləri səsləndirilib.
Tədbirdə məktəb kollektivindən direktor Rəfail Hüseynov, təlim-tərbiyə üzrə direktor müavini Nailə Muradova, Azərbaycan Dillər Universitetindən Təhsil 2 fakültəsinin nəzdində Pedaqogika kafedrasının baş müəllimi Naibə Xiyalova və Təhsil1 fakültəsi nəznində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Zeynəb Ərəbova iştirak ediblər.