XƏBƏRLƏR

İngilis dilində “Ağbəniz və yeddi cırtdan” nağılı səhnələşdirilib

17 may, 2024

Azərbaycan Dillər Universitetinin Nəsimi Rayonu İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə Filologiya fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Nigar Həmidovanın rəhbərliyi ilə pedaqoji təcrübədə olan 417B və 418A qrup tələbələri- Aysu Eminli, Səyalı Vəliyeva, Mənzər Cəfərzadə, Ziba Mirzəli, Vüsalə Hüseynova və Günay Abbaslının təşkilatçılığı ilə ingilis dilində “Ağbəniz və yeddi cırtdan” ("Snow White and Seven Dwarfs") nağılı səhnələşdirilib.

Səhnəciyin keçirilməsində məktəbin 5 c sinif şagirdləri iştirak ediblər.

Sona Namazlı- Snow White, Ömər Yunuslu- Prince, Raul Babayev- King,  Aylin Abdullayeva- Queen,  Ayan Məmmədli- mirror, Qumru Cəfərli - witch, Yusif Zeynallı  - hunter, Mehdi Əliyev, Dinara Əlizadə, Südabə Qasımzadə,  Raul Xəlilzadə, Əli Bağırov, Emin Mürsəlzadə, Yusif Eminli isə seven dwarfs rollarını canlandırıblar. Aparıcı qismində də həmin sinfin şagirdləri- Yusif İsmayıl və Yağmur Kərimova  çıxış ediblər.

Məqsəd ingilis dilinin tədrisində yaradıcı üsulları motivasiya edici vasitə kimi istifadə edərək şagirdlərin sinifdən xaric məşğələlərdə fəallığını artırmaqdır. 

Səhnəciyin təşkilində məktəbin ingilis dili müəllimi Nabat Əyyubova da iştirak edib.

Sonda şagirdlərə sertifikatlar təqdim olunub.