XƏBƏRLƏR

“COP 29 -Yaşıl dünya və Azərbaycan ” adlı tədbir keçirilib

17 may, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri fil.f.d., dosent Naibə Camalzadənin təşəbbüsü ilə “COP 29 -Yaşıl dünya  və Azərbaycan ” adlı tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə Xarici dillər (Ff) kafedrasının müdiri fil.f.d.,dosent  Naibə Camalzdə çıxış edib.

Tədbirdə Kafedranın müəllimləri- baş müəllim  Elvina Baxışova “Qlobal ətraf mühit problemləri”, baş müəllim Sevda Abuzərli “Temperaturun artmasının səbəbi – atmosferə atılan karbon qazı” və Filologiya fakültəsinin II və III kurs  tələbələri- Rəna Şabanzadə  (qrup 341a)  “Təbiət bizim evimizdir, təbiəti necə qoruyaq”,  Peyman Ağazadə (341b)  “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin konfransı – COP-un tarixi, məqsədi”, Nəzrin İsayeva  (qrup 335)  “Turizmin ekologiyaya zərərli təsirini aradan qaldırmaq üçün müxtəlif layihələr”, Alvina Həsənova  (qrup 239 b)  “Təbiətdən nəzarətsiz istifadə onun məhvinə gətirib çıxarır” adlı mövzularla çıxış ediblər.

Tədbirdə eyni zamanda təbiətin qorunması və ətraf mühitdə ekoloji tarazlığın qorunub saxlanması haqqında video-çarxlar nümayiş etdirilib. Tədbirdə Filologiya fakültəsinin dekanı prof. H.Ə.Əliyeva çıxış edərək bildirib ki, insan təbiətə  “sən” deyə müraciət etdiyi qədim dövrlərdə onun qayğısına daha çox qalırdı və təbiəti özü kimi qəbul edirdi. Sivil dünyada isə bu müraciət forması dəyişdiyinə görə insanlar artıq təbiətin qayğısına qalmaqdansa ondan daha çox öz maraqları üçün istifadəni üstün tuturlar. Təbiətə başqası kimi baxan insan onunla öz arasında olan harmoniyanı artıq pozub. Cop29- Yaşıl dünya naminə çalınan bu həyəcan təbilinə biganə qalmaq olmaz. Hər bir vətəndaş kimi bizim də bu tədbirlərin fəal iştirakçısına çevrilmək borcumuzdur. Gələcək nəsillərə yaşıl dünyanı qoruyub saxlamaq üçün biz də ADU-nun müəllim və tələbə kollektivi bu silsilə tədbirlərə davam edəcəyik.    

Qeyd edək ki, COP (Coference of parties, Tərəflərin konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumun növbəti konfransı  Bakıda  2024-cü ilin Noyabr ayında keçiriləcək.