Fransız dilində açıq dərs keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə “COP 29 mövzusu ətrafında ekologiya məsələləri ilə bağlı fransız dilində komikslər vasitəsi ilə müxtəlif hekayələrin qurulması” adlı açıq dərs keçirilib.
Dərs Filologiya fakültəsinin 147-ci qrup tələbələri ilə birlikdə təşkil olunub. Açıq dərs zamanı ekologiya, təbiətin, ətraf mühitin qorunması, ekoloji problemlər ilə bağlı fransız dilində müxtəlif müzakirələr aparılıb.
Daha sonra qeyd olunan məsələrlə bağlı Filologiya fakültəsinin 147 -ci qrup tələbələri- Nərgiz Əliyeva, Aytac Babayeva, Naimə Qasımova slaydlar vasitəsi ilə müxtəlif komikslər tərtib ediblər.
Dərsdə Fransız dilinin fonetikası və qrammatikası kafedrasının əməkdaşları da iştirak ediblər.
Qeyd edilib ki, açıq dərs Elm və Təhsil Nazirliyi tərəfindən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyaının (COP 29), Kioto Protokolonun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı Sessiyasının təşkil edilməsi ilə bağlı 2024-cü il üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı” na uyğun olaraq keçirilib.