XƏBƏRLƏR

Tələbələr tərəfindən “Sosial şəbəkələrin yeniyetmələrə təsiri” adlı tədbir keçirilib

17 may, 2024

Azərbaycan Dillər Universitetinin Bakının Nərimanov rayonundakı 177№-li tam orta məktəbdə Pedaqogika kafedrasının müəllimi Fidan Hacıyevanın rəhbərliyi ilə pedaqoji təcrübədə olan tələbələri tərəfindən “Sosial şəbəkələrin yeniyetmələrə təsiri” adlı tədbir keçirilib.

Tədbir universitetin Təhsil-1 fakültəsinin 416 qrupunun tələbələrinin təşəbbüsü, məktəbin 5b, 5ç, 7a və 7d sinif şagirdlərinin iştirakı ilə keçirilib.

7a sinif şagirdi yeniyetmənin diqqətli olmadığı təqdirdə internetin onun həyatına mənfi təsir edə biləcəyi haqqında təqdimatla çıxış edib.

5b və 5ç sinif şagirdləri müasir dövrümüzdə məktəblərdə rast gəlinən aktual problemlərdən bəhs edən səhnəcik nümayiş etdiriblər.

7d sinif şagirdi isə sosial şəbəkələr vasitəsilə dostluq münasibətlərinə əsaslanan şeir təqdim edib.

Tədbirin əsas məqsədi internetin düzgün istifadəsi və eyni zamanda internetdə yeniyetmələrin hansı təhlükələrlə qarşılaşa biləcəkləri haqqında geniş təsəvvür yaratmaqdır.

Tədbirdə məktəb kollektivi üzvlərindən direktor müavini Səadət Rzayeva, rus dili müəllimi İradə Süleymanova və ADU-nun Təhsil-2 fakültəsinin nəzdində Xarici Dillər kafedrasının müəllimi Arzu Ağakişiyeva iştirak ediblər.