COP29-la bağlı maarifləndirici dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı professor İ.Kazımbəyli, dekan müavini dos.N.Kərimov və tyutor L.Abbasovanın I kurs və ictimai fəal tələbələrinin iştirakı ilə ölkəmizdə keçiriləcək COP29-la bağlı maarifləndirici istiqamətdə dəyirmi masa keçirilib.
Dəyirmi masada çıxış edən fakültə dekanı professor İ.Kazımbəyli Prezident İlham Əliyevin 25 dekabr 2024-cü il tarixində imzaladığı ”Yaşıl dünya naminə həmrəylik ili” haqqında imzaladığı fərmanın əhəmiyyətini qeyd edib. İ.Kazımbəyli həmçinin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sesiyası-COP-29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Bu qərarın verilməsini Azərbaycana böyük hörmət və etimadın göstəricisi olmaqla yanaşı, onun dünya səviyyəsində artan nüfuzunun nəticəsi kimi qeyd edib.
Sonda tələbələrin bu mövzuda sualları cavablandırılıb.