XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən Heydər Əliyevin 101 illiyinə aid tədbir keçirilib

15 may, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) 178 nömrəli tam orta məktəbdə Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi, metodist Gülzar Piriyevanın rəhbərliyi ilə pedaqoji təcrübədə olan 404B, 405A və 410A qrupları tərəfindən Heydər Əliyevin 101 illiyinə aid tədbir keçirilib.

Tədbirdə adıçəkilən məktəbin direktoru  Ülviyyə Cumayeva, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbir məktəbin 5A , 7C, 8A, 8Ç, 8D sinif şagirdlərinin iştirakı ilə keçirilib. Onlar ingilis dilində Ulu öndər Heydər Əliyevin həyatı haqqında məlumat veriblər.

Tədbirin bədii hissəsində şagirdlər tərəfindən mahnılar ifa olunub, milli rəqs nümayiş etdirilib.