XƏBƏRLƏR

“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı bilik yarışı keçirilib

15 may, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil-2 fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası və Azərbaycan Dillər Universitetinin Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə fransız dilli tələbələr arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı  bilik yarışı keçirlib.

Bilik yarışında I, II və III kurslar üzrə 24 tələbə iştirak edib.

Bilik yarışının yekun nəticələri komissiya üzvləri- b/m. Kəmalə Kərimova, b/m Əzizə Məmmədova, b/m. Xatirə Qarazadə və kafedranın digər müəllimləri b/ m.  Rəfiqə Mürşidova və b/m.  Anar Hacıyevin iştirakı ilə yoxlanılıb. Qaliblər aşağıdakı siyahıyada göstərildiyi kimi müəyyən olunub:

I yer

1. Müfidzadə Məryəm Yusif qızı (330r qrupu)

II yer

1. Rəhimova Aynur Mirseymurovna (330r qrupu)

2. Məlikova Almaz Valid qızı (231r qrupu)

III yer

1. Vəlizadə Xavər Zahir qızı (329b qrupu)

2. Rəhimli Arifə Arif qızı (329b qrupu)

3. Abdullayeva Tahirə Xalid qızı (330r qrupu)

Qalibləri təbrik edirik və uğurlarının davamını diləyirik!