Tələbələr “Siyasi repressiya qurbanları” muzeyində ekskursiyada olublar
![](/images/article/8478/thumb.jpg?2024-05-15+12%3A56%3A21)
Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Xatirə Hacıyeva və dosent Şəlalə Bağırovanın rəhbərliyi ilə Təhsil 1 fakültəsinin 105a, 105b, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 175r və 367r tələbələri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binasında yerləşən “Siyasi repressiya qurbanları” muzeyində ekskursiyada olublar.
Muzeyin əməkdaşı Mirabbas Məmmədov muzeyin təşkil olunması, 1937-1939-cu illərdə Stalin rejiminin qurbanı olmuş Azərbaycan ictimai-siyasi xadimləri haqqında, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən tədbirlərlə bağlı ətraflı məlumat verib.
Bildirilib ki, Müstəqil Azərbaycan Respublikasının inkişafında həyata keçirilən uğurlu strategiya, əldə olunmuş nailiyyətlər, Qarabağ zəfəri, COP29-un keçirilməsi dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artdığını göstərən amillərdir. Bütün bunlara baxmayaraq, xalqımızın qan yaddaşını, soyqırımları, repressiya qurbanlarını unutmamaq da lazımdır. Məhz bu baxımdan bugünkü müstəqilliyimizi, sosial-iqtisadi inkişafımızı dəyərləndirmək üçün tələbələrin maarifləndirilməsi istiqamətində görülən tədbirlər zəruridir. Bu istiqamətdə ADU-nun BMR fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası silsilə tədbirlər həyata keçirir.
![](/images/article/8478/gal23579.jpg?2024-05-15+12%3A56%3A21)
![](/images/article/8478/gal23580.jpg?2024-05-15+12%3A56%3A21)
![](/images/article/8478/gal23581.jpg?2024-05-15+12%3A56%3A21)
![](/images/article/8478/gal23582.jpg?2024-05-15+12%3A56%3A21)
![](/images/article/8478/gal23583.jpg?2024-05-15+12%3A56%3A21)
![](/images/article/8478/gal23579.jpg?2024-05-15+12%3A56%3A21)
![](/images/article/8478/gal23580.jpg?2024-05-15+12%3A56%3A21)
![](/images/article/8478/gal23581.jpg?2024-05-15+12%3A56%3A21)
![](/images/article/8478/gal23582.jpg?2024-05-15+12%3A56%3A21)
![](/images/article/8478/gal23583.jpg?2024-05-15+12%3A56%3A21)