XƏBƏRLƏR

“Alman dili günü”nə həsr olunmuş tədbir keçirilib

15 may, 2024

Azərbaycan Dillər Universitetində (ADU) Alman Dili Birliyinin Azərbaycanda rəhbəri, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Gülənbər Pirnəzərovanın təşəbbüskarlığı və təşkilatçılığı ilə “Alman dili günü”nə həsr olunmuş tədbir keçirilib.

 Tədbirdə tələbələr tərəfindən Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından bir hissə alman dilində uğurla səhnələşdirilib.

ADB-nin Azərbaycanda rəhbəri Gülənbər Pirnəzərova və ADU-nun rektor köməkçisi Anar Osmanlı çıxış ediblər.

Dosent çıxışında orta məktəbdə ingilis dili keçən, alman dilini ancaq universitet müəllimlərinin səyi sayəsində öyrənən tələbələrin alman dilində çıxışının  tədbirdə iştirak edən universitet rəhbərliyinin nümayəndələri tərəfindən xoş qarşılandığını bildirib. Rektor köməkçisi Anar Osmanlı isə belə tədbirlərin alman dili müəllimlərinin gördüyü uğurlu işlərin güzgüsü kimi qiymətləndirib.

Bildirilib ki, Almaniyada nəşr olunan, dünyanın 100-dən çox ölkəsində yayılan   Sprachnachrichten   (Dil məlumatları) jurnalının 101- ci nəşrində Bakıda keçirilən “Alıman dili günü”nə həsr olunmuş tədbir haqqında məlumat verilmişdir.