Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə növbəti şeir müsabiqəsi keçirilib
Azərbaycan Dillər Universitetinin Xarici dillər kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunmuş şeir müsabiqəsi keçirilib.
Tədbirdə Təhsil-1 və Təhsil-2 fakültələrənin tələbələri iştirak ediblər. Tələbələr Ümummilli lider Heydər Əliyevin həyatı, onun siyasi yolu barədə çıxışlar ediblər. Bir çox görkəmli şəxslərin Heydər Əliyev haqqında xatirələri səsləndirilib.
Tələbələrin ifasında mahnılar ifa olunub və rəqslər nümayiş etdirilib. Müsabiqədə 14 tələbə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirləri ilə iştirak edib.
Tələbələrin şeirləri münsiflər heyətinin üzvləri- b/m. Nigar Quliyeva , m.Ruhlanə Bağırova və m. Əsmər Veyisova tərəfindən qiymətləndirilib.
Əldə olunan nəticələrə əsasən, Təhsil-1 fakültəsinin 211 B qrupunun tələbəsi Kamilla Abdulkadırova 15 balla I yerə, Təhsil-2 fakültəsinin 221 A qrupunun tələbələri Raziyyə Quluzadə və Dilbər Xəlilova hər ikisi 14 balla II yerə, Təhsil-1 fakültəsinin 317-ci qrup tələbələri- Gülnar Məcidova 13 balla, Gülümə Məmmədova 11 balla və Təhsil-1 fakültəsinin 116-cı qrup tələbəsi Arzu Qardaşova 12 balla III yerə layiq görülüblər.
Müsabiqənin sonunda rektor məsləhətçisi i.f.d. Anar Osmanlı çıxış edib. O, çıxışında ADU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bir sıra silsilə tədbirlərin keçirildiyini və həmin tədbirlərdə tələbələrin fəal iştirak etməsinin sevindirici hal olduğunu qeyd edib. Həmçinin, müsabiqədə iştirak edən tələbələrə təşəkkürünü bildirib və qalibləri təbrik edib.
Daha sonra Təhsil-2 fakültəsinin dos. Salman Nuriyev və Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri dos. Aida Sobor çıxış edib, tələbələrə sertifikatlar təqdim ediblər.
Kafedra tərəfindən hər bir tələbəyə kitablar hədiyyə edilib.