İspaniyalı professor ADU-da olub
14 may, 2024
Mayın 14-də Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsi nəzdnində İspan dili mərkəzinin təşkilatçılığı ilə İspaniyanın Granada Universitetinin professoru Cənab Valentin Molina Moreno ilə Tərcümə fakültəsi İspan dili ixtisası üzrə təhsil alan tələbələri arasında görüş keçirilib.
Qonaq ölkəmizdə keçiriləcək COP29 əhəmiyyətindən, dünyada iqlim dəyişikliyindən bəhs edib.
Eyni zamanda İspaniya universitetləri və Granada Universiteti haqqında danışılıb, qarşılıqlı söhbət aparılıb. Daha sonra ispaniyalı professor Granada Universiteti haqqında təqdimatla çıxış edib.
Görüşün sonunda qonaq tələbələrin sualların cavablandırıb.