“Azərbaycan mütəfəkkirlərinin ekologiya haqqında seçmələri” adlı tematik dərs keçirilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Dillər Universitetində (ADU) təşkil olunan silsilə tədbirlər çərçivəsində, Təhsil- 1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı- 1 kafedrasının əməkdaşı, b/m. Mülayim Bağırova tərəfindən İngilis dili KİV-də fənni üzrə 201b qrupunda “Azərbaycan mütəfəkkirlərinin ekologiya haqqında seçmələri” adlı tematik dərs keçirilib.
Tematik dərs dərs planına uyğun olaraq müəllim tərəfindən respublikada keçirilən beynəlxalq tədbirlərdən, COP29 Bakı, Azərbaycanın iqlım dəyişikliləri ilə mübarizəsindən bəhs edən “isitmə” çalışması ilə başlayıb. Tələbələr bu fəaliyyət növündə fəal iştirak edərək informasiya mübadiləsi ediblər.
Tələbələr AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin COP29 Bakı ilə bağlı ingilis dilində təqdimatın vidio-çarxına baxdıqdan sonra müəllim tərəfindən hazırlanmış dinləmə tarşırığını ediblər.
Tələbələr ev tapşırıqlarının yoxlanılması mərhələsində Ümummilli lider Heydər Əliyev, N.Gəncəvi, S. Vurğun, H. Zərdabi, Mir Cəlal, T. Mütəllibov və digər mütəfəkkirlərin ekologiya ilə bağlı seçmələrini ingilis dilində hazırlayaraq məlumat bloqları təqdim ediblər.
Bloq təqdimatından sonra dərs planına uyğun olaraq tələbə nailiyyətlərinin müzakirəsi keçirilib. B.m M. Bağırova tələbələrdən Ayşən Şəmsiyevanın, Nigar Abdullazadənin, Zəhra Musazadənin təqdimatını 10 balla qiymətləndirib və daha yaxşı tərtibat üçün tövsiyə qeydlərini digər tələbələrin nəzərinə çatdırıb.
Dərsin sonuda tələbələr İDEA Bakının hazırladığı “Dream of Nature” adlı video klipə baxıblar.
Tematik dərsdə İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının dosenti Lalə Əsədova iştirak edib.
Dərsdən sonra Təhsil – 1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı – 1 kafedrasında dərsin müzakirəsi keçirilib.



















